Lökbatan qəsəbəsində 2 mərtəbəli binada yanğın zamanı 2 sakin, 2 yanğınsöndürən xəsarət alıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 12-də saat 02 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində 2 mərtəbəli 12 mənzilli binanın dam örtüyündə yanğın baş verib.
Nəticədə 2-ci mərtəbədə yanar konstruksiyalar yanıb, orada yaşayanlar A.Kazımova, C.Həsənov, habelə FHN-nin 2 əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB