Qadınlar diqqətli olun!

Qadının pul kisəsini əlindən zorla almış Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 9-da Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Leylaxanım Zeynalovaya zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əfsun Hüseynov tutulub.

Qeyd edək ki, Ə.Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə