Göygöl rayonunda "VAZ" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində həlak olub. Xilasedicilər avtomobildən sıxılmış vəziyyətdə olan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB