Qubada ev yandı

Qubada yanğın hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Məmmədəmin Rəsulzadə küçəsi 84 ünvanında qeydə alınıb. Quba sakini Yeganə Cəfərovaya məxsus ev içərisindəki əşyalarla birgə kül olub.

Hadisə yerinə Quba Yanğından mühafizə hissəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə yanğın elektrik xəttlətindəki qısaqapanmadan meydana gəlib. Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə