Azərbaycan gömrük orqanının əməkdaşları vətəndaşın daxili orqanından 56 büküm narkotik vasitə aşkar ediblər. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB