Şirvanda "avtoş" ağır qəza törətdi

Şirvanda "avtoş" ağır qəza törətdi

Bu gün saat 16.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində ağır avtoqəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan sakini, Xəqani küçəsi 2 mənzil 36-da yaşayan 1992-ci il təvəlüdlü Əliyev Nurlan Nazim oğlu "KaMAZ" markalı 54 BE 917 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, Şirvan sakini H.Əliyev küçəsi 11 mənzil 12 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Həsənov Miradil Mirdadaş oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KA 367 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Daha dəqiq desək "Jiquli"nin sürücüsü başqa avtomabillə ötüşərkən təhlükəli dönmə əməliyyatı etdiyi üçün arxadan yük avtomobilinə çırpılıb. Zərbənin gücündən VAZ 2107-nin sürücüsü avtomobilin pəncərəsindən yola düşüb. Nəticədə VAZ 2107-in sürücüsü ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Miradil Həsənov Şirvan şəhərinin avtoxuliqanlarından biridir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə