Bakının mərkəzində bədbəxt hadisə baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, martın 2-də paytaxtın Səbail rayonu ərazisində yaşayan Əziz Qurov həyətində çilingər cihazı ilə bıçaq itiliyən zaman cihazın daş çarxı qırılaraq sinəsinə dəyib. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Qurov ölüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB