Liftdə köməksiz qaldı

Bakıda 1 nəfər liftdə köməksiz qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumatda əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 11:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə