Kafe yanır

Bakıda kafedə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün səhər Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus, ümumi sahəsi 200 kv.m olan "ADDİO" kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanıb.

Kafe yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə