Azərbaycan gömrük orqanlarının əməkdaşları vətəndaşın daxili orqanında heroin aşkar edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rəşad Axundovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağından) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,701 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB