Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən çayxananın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavan 100 kv.m sahədə əriyib. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB