İnternet klubdan oğruluq etdilər

İnternet klubdan oğruluq etdilər

Bakıda internet klubdan oğruluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 30-da Xətai rayonu G.Şıxlınski küçəsində Bakı şəhər sakini Vüsal Əliyevə məxsus internet klubdan, pəncərənin dəmir barmaqlığını sındırmaqla 2 ədəd televizor və 6 ədəd kompyuter dəstini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Tacəddinoviç Rəcəbəliyev və Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Azad Laçın oğlu Əlizadə tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə