8000 min manat dəyərində məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 15-də saat 12:30 radələrində, Xanlar küçəsində Zaman Əliyevin evindən qapını sındırmaqla 8000 manat dəyərində məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 1993-cü il təvəllüdlü Orxan Telman oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Əzizağa Hüseyn oğlu Əzizov, 1979-cu il təvəllüdlü Yeganə Abbas qızı Namazova və oğlanları 2000-ci il təvəllüdlü Ramiz Mərdan oğlu Namazov və 2001-ci il təvəllüdlü Məhəd Mərdan oğlu Namazov tutulublar. Şübhəli şəxslər ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar 20 yanvardan 17 fevral tarixlərində Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Rəna Əliyevaya məxsus evdən açar seçmə yolu ilə geyim əşyalarını da oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB