Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, fevralın 15-də saat 23 radələrində, E.Süleymanov küçəsində Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi "VAZ-21099" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-21099" markalı avomobilin sərnişinləri - 1935-ci il təvəllüdlü Tavat Kərimova və 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib. R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb, T.Kərimova fevralın 16-da saat 10 radələrində xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...