Axtarışda olan şəxslər tutulub

Axtarışda olan şəxslər tutulub

Axtarışda olan iki nəfər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, DİN Baş Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 237-ci maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Mübariz Qabilov, Xətai RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 221-ci maddəsi axtarışda olan 1983-cü il təvəllüdlü Mərahim Qasımov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə