ARDNŞ dalğıcın ölümü ilə bağlı məlumat yayıb. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, 15 fevral 2015-ci il tarixdə saat 17:00 radələrində Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı, 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov "Bulla" yatağındakı 29 saylı özülün yaxınlığında "Şirvan-2" kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün "Orion-4" dalğıc gəmisindən suya enib.Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enib və onu suda huşsuz vəziyyətdə tapıb. K.Umudov gəmiyə çıxarılıb, ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB