Bakıda ev yandı

Bakıda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda hazırda fəaliyyət göstərməyən uşaq bağçasının binasında məskunlaşmış vətəndaşa məxsus ümumi sahəsi 8 kv/m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə