Narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb. Ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkarlanıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları isə Aran qəsəbə sakini Anar Hətəmovun evindən 1 kiloqram 335 qram marixuana aşkar ediblər.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB