“Maşın bazarı”nda baş verən yanğın söndürülüb

“Maşın bazarı”nda baş verən yanğın söndürülüb

Fevralın 13-də gecə saatlarında Bakı-Quba yolunun 32-ci kilometrliyində, Sumqayıt şəhərinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan "Maşın bazarı"nda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir ki, nəticədə bazar ərazisində avtomobillər üçün ehtiyat hissələrin satıldığı bir-birinə bitişik mağazalar və onların dam örtüyü 350 kvadratmetr sahədə yanıb.

FHN-in əməkdaşlarının səyi nəticəsində ərazidə olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə