Nəqliyyat Departamentində baş verən oğurluq hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin oktyabrın 15-də saat 13:30 radələrində, Qobustan qəsəbəsi ərazisində yerləşən Nəqliyyat Departamentinə məxsus Tərəzi Nəzarət Məntəqəsindən pəncərəni sındırmaqla çoxsaylı məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Rəşid Məmmədov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB