Lənkəran şəhər sakini, 23 yaşlı Əli İlqar oğlu Hüseynli Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus VAZ-2107 markalı, 10 KC 074 nömrə nişanlı minik avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən şəhər sakini, 28 yaşlı Bəxtiyar Tərlan oğlu Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Dindirilmə zamanı Bəxtiyar Muradov törətdiyi əməli etiraf edərək avtomobilin akkumlyator və maqnitafonunu çıxarıb satdıqdan sonra onu şəhərdə qoyaraq aradan çıxdığını bildirib.
Həmçinin saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar edilırık götürülüb. Müstəntiq Toğrul Hüseynovun sözlərinə görə, hazırda avtomobilin tək və ya qrup halında oğurlanması araşdırılır.
Qeyd edək ki,oğurluqda şühəli bilinən 28 yaşlı gənc bundan öncə də eyni əmələ görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB