Bərdə rayon sakinindən narkotik vasitə tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Əlikram Əliyevdən 1,253 qram tiryək aşkar olunaq götürülüb. Araşdırmalar zamanı müəyyən olunub ki, Ə.Əliyev ötən ilin dekabrın 5-də Alatava qəsəbəsində Təyyarə Dünyamalıyevanın həyətindən 2 ədəd hind quşu və 1 cüt ayaqqabı, cari ilin yanvarın 27-də həmin qəsəbədə Gültac Xanməmmədovanın evindən açıq qapıdan keçməklə DVD və yataq dəsti oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB