Liftdə köməksiz qaldı

Bakıda 1 nəfər liftdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qurumun"112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 11:15-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə