Bu gün saat 11:00 radələrində Şirvan şəhəri Faiq Cavadov küçəsi 7 ünvanında fərdi yaşayış evində yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, əvvəlcə adıçəkilən ünvanda Əkbərov Azər Yahya oğluna məxsus evdə baş verən yanğın ona bitişik digər qardaşın Əkbərov Ədalət Yahya oğluna məxsus evə də keçib.
Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən avtomaşını və şəxsi heyəti çəlb olunub. Yanğın saat 12:26-da lokallaşdırılıb. Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Evin dam örtüyünün bir qismi, mətbəx və mənzil içəridə olan əşyalarla birlikdə, ümumilikdə isə 374 kvadratmetr mənzilin 48 kvadratmetri yanıb. Digər mənzillər və əşyalar yanğından qorunub. Yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB