Avtomobillərin "qənim"i tutuldu

Avtomobillərdən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də saat 10:30 radələrində Binəqədi qəsəbəsi Axundov küçəsində İmran Babayevə məxsus "Toyota" və "Mitsubishi" markalı avtomobillərdən 100 manat, 4 ədəd mobil telefon, 3 ədəd ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Ruslan Əmirov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə