Avtobazadan 29 nəqliyyat vasitəsi oğurlandı CİNAYƏT

Avtobazadan 29 nəqliyyat vasitəsi oğurlandı CİNAYƏT

Donetsk vilayətinin Makeyevka şəhərinə nəzarət edən silahlı separatçılar həmin ərazidə fəaliyyət göstərən avrobazadan 29 nəqliyyat vasitəsini oğurlayıblar. SİA xəbər verir ki, bu barədə "ukranews.com" saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu barədə Donetskin daxili işlər nazirliyinin baş idarəsindən bildirilir. Belə ki, silahlılar avtobazası hələ fevralın 3-də işğal ediblər. Avtobaza müxtəlif yerlərə yükdaşıma ilə məşğul olub. "4-6 fevral arasında avtobazada olan qanunsuz silahlı birləşmə üzvləri orada olan bütün texnikanı özləri ilə aparıblar"-deyə hüquq-mühafizə orqanlarından bildirilir. Artıq, olayla bağlı cinayət işinin başlandığı bəyan edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə