Bakı sakinindən 4 kiloqram narkotik götürüldü

Bakı sakinindən 4 kiloqram narkotik götürüldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü Ələşrəf Sultanovdan 196,780 qram, onun idarə etdiyi "VAZ-2107" markalı avtomobildən 844,906 qram tiryək (ümümi çəkisi 1 kiloqram 041,686 qram tiryək) və 3 kiloqram 0,70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə