Bir az əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki Duzlu gölün yaxınlığında dəhşətli yol qəzası baş verib. "OPEL" markalı 99GY 987 dövlət nömrə nişanlı avtomobilin hansı səbəbdən qəza törətməsi, ilkin olaraq, məlum deyil.
Hadisə nəticəsində avtomobildə olanların ağır xəsarət aldıqları bildirilir. Hadisə yerinə Abşeron Rayon Polis Bölməsinin əməkdaşları cəlb olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB