11 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb

11 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən SİA-ya verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,214.2.1; 29,214.2.3; 228.3; 232.3.1; 279.1; 29,279.2; 32.4,338.1 və 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kamran Fərid oğlu Babayevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Bakı şəhər sakini Abubəkir Kamran oğlu Babayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ağ sellofan paketin içərisində olan qutabların altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə