25 yaşlı qız oğurluğa əl atdı

25 yaşlı qız oğurluğa əl atdı

Oğurluqda şübhəli bilinən 25 yaşlı qız tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da, Xanlar küçəsi Şəfəq Şıxcanova məxsus mənzildən 1050 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Aygün Məmmədova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə