Avtobus piyadanı vuraraq öldürüb

Avtobus piyadanı vuraraq öldürüb

Sərnişin avtobusu ilə piyadanı vuraraq öldürüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, fevralın 3-də saat 20:30 radələrində, M.Nərimanov küçəsində Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı xətt avtobusunda işləyən "Daewoo" markalı avtomobillə 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub. G.Kərəmova aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ İstintaq Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə