Bəs alacağımız qurğudan tam əmin olmaq üçün nə etməliyik?
Telefon aldı, polisə düşdü

Mobil telefonu aldı, polis bölməsinə düşdü. Növbəti süjetimizin qəhrəmanı xoşagəlməz bir hadisə ilə rastlaşıb. Odur ki, işlənmiş mobil telefonlarını alarkən diqqətli olun. Axı heç kim bu telefonun oğurluq və ya hər hansısa cinayət zamanı istifadə olunduğundan siğortalanmayıb... Bəs alacağımız qurğudan tam əmin olmaq üçün nə etməliyik? Sən demə, çox asan üsullar var.

Bir çoxları işlənmiş mobil telefon almağa ehtiyat etsə də, o nəticəsini düşünmədən bunu edib. Zərərçəkən Xətai Müzəffərri başına gələnləri belə danışır:

"Hardasa 7-8 ay əvvəl bir dənə telefon almışdım dükandan və rahat işlədirdim. Birdən mənə bölmədən polis zəng vurdu ki, sizin telefonunuz oğurluqdur. Və məni bölməyə dəvət etdilər. Halbuki , mən bu telefonu pulnan almışdım".

Belə hadisə, hamının başına gələ bilər. Buna görə də telefon alanlar müxtəlif üsullara yol atırlar. Əslində dükan sahibləri də, köhnə telefonları qəbul edərkən, qabağlayıcı tədbirlər görməlidirlər.

Ancaq telefonun oğurluq olub - olmadığını müəyyənləşdirməyin çox asan üsulları var. Əvvəl ulduz, diyes, 06 diyes nömrəsini yığmaqla , qurğunun İMEİ kodunu əldə edilir. Sonra həmin kodu 1677-yə göndərməklə ətraflı məlumat əldə etmək olur.

Bəs oğurlanmış telefonu bilmədən alan insanə dəyən maddi ziyanı kim ödəməlidir?

Telefonun statusu ilə bağlı məlumatı həmçinin, 16-77 saylı qaynar xəttdən və imei.az saytında, ''imei yoxla'' bölməsindən də öyrənmək mümkündir. Ötən il Rabitə və Yüksək texnologiyalar nazirliyinin qara siyahısına 3700-yə yaxın imei kodu daxil edilib ki, onlardan 45-50 faizi tapılaraq, sahiblərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə