Yük avtomobilinin ehtiyat hissələrini oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20-31 yanvar tarixlərində Ə.Qayıbov küçəsi 2090-cı məhəllədə Bakı şəhər sakini Elşən Musayevə məxsus "Kamaz" markalı avtomobilin hissələrini oğurlamaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Elşən Poladov müəyyən olunaraq tutulub.
Faktla əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB