3 gün əvvəl avtomobillə vurulmuş piyada xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, yanvarın 31-də saat 17.25 radələrində, 20 Yanvar küçəsi 36 ünvanının qarşısında Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəşad Alışov idarə etdiyi "Opel" markalı avtomobillə paytaxt sakini, 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilmiş yaralı S.Yaqubov fevralın 2-də günorta saatlarında orada ölüb.
Faktla bağlı Nəsimi RPİ 19-cu PB-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB