Ölümcül partlayışdan 21 uşaq sağ çıxdı - İnanılmaz

Ölümcül partlayışdan 21 uşaq sağ çıxdı  - İnanılmaz

Meksikada doğum evində baş verən güclü qaz partlaması nəticəsində iki uşaq və bir tibb bacısı ölüb. Doğum evi isə tamamilə məhv olub. Yeni doğulmuş körpə və tibb bacısı hadisə yerində həyatını itirib. İkinci körpə isə xəstəxanaya aparıldıqdan bir saat sonra keçinib.

Meksika prezidenti hadisə yerinə gələrək yaralılarla görüşüb. Partlayışdan 21 uşağın sağ çıxmasına şad olduğunu deyən prezident vəziyyəti kritik olan yaralılara görə təəssüf etdiyini bildirib.

Qeyd edək ki, hadisə doğum evinin mətbəxində qaz sızmasından baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə