Bakı və Sumqayıt sakinlərində xeyli miqdarda narkotik vasitə aşkar edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fətulla Nurullayevdən 705 qram tiryək götürülüb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Axtiyamovdan 1 kiloqram 610 qram marixuana götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB