Təxminən bir ay əvvəl Zərdabda baş vermiş qətl hadisəsi ilə əlaqədar yeni xəbərlər var. Qonşusunu öldürən şəxsin ailəsi evini tərk edərək kənddən köçmək məcburiyyətində qalıb. Bəs görəsən, buna nə səbəb olub? İddialara görə onlar kənddən qovulublar.
Qapı qonşusunu öldürüb, sonra meyitini yandırmışdı. Ötən il dekabr ayının 30-da Zərdabın Dəliquşçu kəndində baş verən cinayətdən sonra polis 25 yaşlı Rəşad Zeynalovu qapı qonşusu və sinif yoldaşı Vüsal Mehdiyevin öldürdüyünü müəyyən etmişdi.
İndi isə Rəşad Zeynalovu qətlə yetirib meyitini yandıran Vüsal Mehdiyevin ailəsinin kənddən qovulduğuna dair xəbər yayılıb.
Mehdiyevlər ailəsi hazırda Qoşaoba kəndində qohumlarının evində yaşayır. Ancaq ailə üzvləri deyir ki, onları kənddən qovmayıblar, özləri çıxıblar.
Dəliquşcu kəndində qətlə yetirilən gəncin ailəsi də Mehdiyəvlər ailəsinə heç bir təzyiq göstərmədiklərini bildiriblər. Elə kənd sakinlərinin münasibəti də eynidir.
Qətldə ittiham olunan gəncin ailəsi deyir ki, bir müddət sonra öz evlərinə qayıdacaqlar və mərhumun ailəsi ilə normal münasibətlərə davam edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB