Dəhşətli yol qəzası 1 ölü, 6 yaralı

Dəhşətli yol qəzası 1 ölü, 6 yaralı

Ağcabədi şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 27-də saat 08 radələrində Ağcabədi şəhərində rayon sakinləri Cahangir Cəfərovun və Abdulla Məhərrəmovun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

Hər iki sürücü və A.Məhərrəmovun 4 sərnişini, habelə S.Cəfərovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, A.Məhərrəmov orada ölüb.

Faktla bağlı Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə