Azyaşlı köməksiz qaldı

Bakının Xətai rayonunda azyaşlı uşaq bağlı qapı arxasında köməksiz qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:23-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə