2 nəfər liftdə köməksiz qaldı

2 nəfər liftdə köməksiz qaldı

Paytaxtda köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakının Xətai rayonunda 2 nəfərin liftdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə