Balakəndə narkotik satanlar tutuldu

Balakəndə narkotik satanlar tutuldu

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Balakən rayonunun Gərəkli kənd sakinləri Şamil Umarov 1 kiloqram 232 qram, Arif Dibirov, Elçin Cınıxov, Sarıbulaq kənd sakinləri Kamandar Baratov və Musa Dibirov 971,32 qram marixuananı satarkən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

A.Dibirovun evinə baxış zamanı əlavə olaraq 15,18 qram marixuana da aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə