Rusiyada adam öldürdü Azərbaycanda tutuldu

Rusiyada adam öldürdü Azərbaycanda tutuldu

Rusiyada adam öldürdüyü üçün axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülüb.

Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə