Bakı şəhər sakininin evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cəfərovun evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB