İsmayıllı rayonunda yanğın hadisəsi meydana gəlib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının nədən baş verdiyi barədə dəqiq məlumat açıqanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB