Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dörd kiloqramdan çox narkotik maddə götürülüb
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Qabil Məmmədovdan 3 kiloqram 120 qram marixuana götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları isə Cəlilabad rayon sakini İlkin Əhədovdan 1 kiloqram 45 qram tiryək götürüblər.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB