Sənədsiz ov tüfəngləri

Vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədovdan xaricdə istehsal edilib, Yemişənli kənd sakini Baloğlan Qasımovdan "TOZ-20", Mamaylı kənd sakini Şafiq Zahirovdan isə "TOZ-63" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə