Zavod ərazisində silah-sursat tapıldı

Zavod ərazisində silah-sursat tapıldı

Yanvarın 13-də "Təmiz Şəhər" ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda silah-sursat hissələri tapılıb. "Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıb.

Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb.

Müəssisəyə polis dəvət olunaraq silah-sursat hissələri təhvil verilib.

"Təmiz Şəhər" ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursat hissələri bunlardır:

1. 21 ədəd - 5.45 çaplı patron

2. 10 ədəd - 7.62 çaplı patron

3. 1 ədəd - 12.7 çaplı patron

4. 1 ədəd - 30 mm mərmi.

Bütün xəbərlər Facebook səhifəmizdə