Azərbaycana spirtli içki keçirmək istədi

Azərbaycana spirtli içki keçirmək istədi

Xaricdə istehsal olunmuş spirtli içkilərin Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Yolçuyev Mahir Yaqub oğlunun idarə etdiyi "VAZ-21065" markalı, "10-SK-976" dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşən Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Raqif Vaqif oğluna məxsus Gürcüstan Respublikasının aksiz markası ilə markalanmış xeyli miqdarda xaricdə istehsal olunmuş araqlar aşkar olunaraq protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə