Dəm qazı daha 2 can aldı

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də Xətai rayonunun Həzi Aslanov qəsəbəsində yaşayan Tehran Kazımov dəm qazından boğulub.

Quba rayonunun Zizik kəndində yaşayan Elmiyə Mirzəyeva da evlərində dəm qazından boğularaq dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə