Con Kerri qəzaya düşdü

ABŞ dövlət katibi Con Kerri yol qəzasına düşüb. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə Hindistanın Əhmədabad şəhərindəki aeroporta gedən yolda baş verib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, C.Kerrinin kortejində olan iki avtomobil qəzaya uğrayıb: "Kerri onlardan birində olub. Hadisə zamanı heç kəs xəsarət almayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə